İqtİsadİyyat

“Yapı Kredi Bank Azərbaycan” bank əməkdaşları üçün təlim təşkil edilib.

“Yapı Kredi Bank Azərbaycan” bank əməkdaşları üçün təlim təşkil edilib.
 

"Yapı Kredi Bank Azərbaycan” QSC-nin təşkilatçılığı ilə bank əməkdaşları üçün "Beynəlxalq maliyyə sansksiyaları” mövzusunda təlim təşkil edilib.

 

31 may 2019-cu il tarixində "Yapı Kredi Bank Azərbaycan” QSC-nin təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Komplayns” Ekspert Qrupunun dəstəyi ilə ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinə "Beynəlxalq Maliyyə Sanksiyaları” mövzusunda təlim keçirilib. Təlim "Yapı Kredi Bank Azərbaycan” QSC-nin əsas səhmdarı olan Yapı Kredi A.Ş-nin müvafiq sahə üzrə mütəxəssisləri, bankın Maliyyə cinayətlərinin qarşısının alınması üzrə direktoru Mehmet Tolga İncaz, Sanksiyalar və müxbir banklarla əlaqələr üzrə müdir Ahmet Kağan Sönmezer və baş mütəxəssis İrem Körgen tərəfindən keçirilib.

 

Təlimçilər bank sahəsində beynəlxalq maliyyə əməliyyatları zamanı risklərin idarə edilməsi, o cümlədən son qəbul olunmuş məhdudiyyət və sansksiyalara dair məlumat verilib və Yapı Kredi qrupunun, o cümlədən bankın digər səhmdarı olan İtaliyanın Unicredit bank qrupunun bu sahədəki geniş təcrübəsini iştirakçılarla paylaşıb.

 

Təlimdə iştirak edən yerli bankların nümayəndələri qeyd olunan mövzu üzrə prosedurlar və qaydalarla tanış olublar və sonda onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə xidmət verməkdədir.

 




 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031